Reklam resmi
Reklam resmi

Netanyahu HƏMAS-ı timsahla müqayisə etdi

Netanyahu HƏMAS-ı timsahla müqayisə etdi
Dünya

İsrailin baş naziri Benyamin Netanyahu radikal Fələstin təşkilatı HƏMAS-ı timsahla müqayisə edərək, Avropa ölkələrini onu “yedizdirməməyə” çağırıb.

Ajans.az Euronews-a istinadən xəbər verir.

“Timsahı yemləməyin, çünki o, İsraili udduqdan sonra sizin üçün gələcək”, – deyə Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, Avropa “Fələstin terrorizminə” və öz ərazisindəki radikal islamçı azlığa tabe olub. O, bəzi Avropa dövlətlərinin Fələstin Dövlətini tanımasını HƏMAS üçün “mükafat” adlandırıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Benyamin Netanyahu

Digər Xəbərlər