Reklam resmi
Reklam resmi

Çin enerji ixracında ABŞ-ı qabaqladı

Çin enerji ixracında ABŞ-ı qabaqladı
Dünya

Çin qlobal enerji bazarında liderlik mövqeyini gücləndirərək əsas rəqibi olan ABŞ-ı geridə qoyub.

Ajans.az Bloomberg-ə istinadən xəbər verir ki, 2025-ci ilə qədər dünyanın ən böyük enerji ixracatçısı olmaq iddiasında olan Çin artıq bu istiqamətdə ciddi üstünlük əldə edib.

2025-ci ilə hələ bir il qalmasına baxmayaraq, 2025 proqnozları faktiki nəticələrlə üst-üstə düşməkdədir. Belə ki, bu ilin yanvar-iyul aylarında Çinin ümumi enerji ixracı 120 milyard dollara çatıb. Müqayisə üçün, ABŞ-ın eyni dövrdəki enerji ixracı təxminən 80 milyard dollar təşkil edib – bu da Çinlə müqayisədə 40 milyard dollar azdır.

Çinin ixrac etdiyi enerji məhsullarının əsas hissəsini bərpa olunan enerji texnologiyaları – xüsusilə günəş panelləri və elektrikli nəqliyyat vasitələri təşkil edir. Analitiklərin məlumatına görə, yalnız bu kateqoriyadan olan məhsulların 7 ay ərzindəki ixracı təxminən 20 milyard dollar olub. Bu, ölkə üçün rekord göstərici hesab edilir.

Ekspertlər qeyd edirlər ki, Çin əsasən bu məhsulları inkişaf etməkdə olan ölkələrə ixrac edir. Bunun əsas səbəblərindən biri isə ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən məhdudlaşdırıcı tariflərdir.

ABŞ və Aİ Çindən idxal olunan elektrik avtomobillərinə yüksək tariflər tətbiq edir. Xüsusilə, ABŞ bu nəqliyyat vasitələrinə 100%-lik idxal rüsumu, Avropa İttifaqı isə istehsalçıdan və texniki göstəricilərdən asılı olaraq 35,3%-ə qədər əlavə rüsumlar tətbiq edir.

Bu məhdudiyyətlərə baxmayaraq, Çin bərpa olunan enerji sahəsindəki innovativ texnologiyalar sayəsində qlobal enerji ixracatında əsas oyunçuya çevrilməkdədir. Analitiklər bildirirlər ki, bu tendensiya davam edərsə, Çin yaxın illərdə bu sahədə davamlı liderlik əldə edə bilər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Çin ABŞ

Digər Xəbərlər