Tbilisidə iğtişaşlar zamanı...
Tbilisidə iğtişaşlar nəticəsində azı 14 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə deyib.
"Nümayişçilərin atdığı müxtəlif əşyalar nəticəsində indiki mərhələdə Daxili İşlər Nazirliyinin 14 əməkdaşı yaralanıb”, - Daraxvelidze bildirib.
Qeyd edək ki, insident Gürcüstan paytaxtında etirazçılar prezident sarayının Atoneli küçəsində yerləşən həyətinə basqın etmələri ilə başlayıb.

Mövzular: