Ajans.az xəbər verir ki, o, Yaxın Şərqdə sülh üçün fürsət yarandığını deyib.

“HƏMAS-ın Trampın sülh planına verdiyi reaksiyadan məmnunuq. HƏMAS əvvəlki kimi sülhə hazır olduğunu nümayiş etdirdi. Bunun sayəsində bölgəmizdə davamlı sülhə nail olmaq üçün bir fürsət pəncərəsi açılıb”, - dövlət başçısı bildirib.

R.T.Ərdoğan Qəzza zolağında müharibəyə son qoymaq üçün Türkiyənin əlindən gələni etdiyini vurğulayıb.