Reklam resmi
Reklam resmi

İsrail 42 gəmidən ibarət donanmanı SAXLADI

İsrail 42 gəmidən ibarət donanmanı SAXLADI
Dünya

“Üfüq qalxanı” əməliyyatı zamanı İsrail Müdafiə Qüvvələri 42 gəmidən ibarət “Sumud” donanmasına nəzarəti tam təmin edib.

Ajans.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, əməliyyat 12 saat davam edib və məqsəd Qəzza zolağının dəniz blokadasının pozulmasının qarşısını almaq olub.

"İsrail Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Qəzza zolağının qanuni dəniz blokadasını pozmağa cəhd edən 42 gəmiyə yüzlərlə insanın minmək cəhdinin qarşısını alıb", - deyə məlumatda deyilir. 

Saxlanıldıqdan sonra bütün iştirakçılar Aşdod limanına aparılaraq polisə təhvil verilib.

Mövzular:
“Üfüq qalxanı” əməliyyatı İsrail Müdafiə Qüvvələri İsrail

Digər Xəbərlər