İngiltərə kilsəsinin ilk qadın lideri seçildi
İngiltərə Kilsəsinin 500 illik tarixində ilk dəfə olaraq qadın arxiyepiskop təyin olunub.
Ajans.az BBC-ə istinadən xəbər verir ki, Dame Sara Mallalli Kenterberinin yeni arxiyepiskopu seçilib.
Kenterberi Katedralində ilk çıxışı zamanı o, dünyada hökm sürən "dərin qlobal qeyri-müəyyənliyə" toxunaraq, şəfanın xeyirxahlıq və sevgi aktlarında olduğunu vurğulayıb. Yeni arxiyepiskop Mançesterdə sinaqoqa edilən hücumu da şərh edib.
“Kilsə olaraq, bütün formalarda antisemitizmlə mübarizədə yəhudi icmasının yanında olmaq öhdəliyimiz var”, – deyə o bildirib.
63 yaşlı Mallalli son yeddi il ərzində Londonun yepiskopu vəzifəsində çalışıb. O, özünü feminist kimi təqdim edir.
Böyük Britaniyanın baş naziri Kir Starmer yeni arxiyepiskopa uğurlar arzulayaraq, onun ölkənin ictimai həyatında mühüm rol oynayacağına inandığını bildirib.
Mövzular: