Reklam resmi
Reklam resmi

Nöqsanlarına görə işdən çıxarıldığı deyilən Cəmilə Əhmədovadan AÇIQLAMA

Nöqsanlarına görə işdən çıxarıldığı deyilən Cəmilə Əhmədovadan AÇIQLAMA
Cəmiyyət
404

Xəbər verdiyimiz kimi, ötən gün Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova vəzifəsindən azad edilib. Xankəndidə yol verdiyi nöqsanlara görə, işdən azad olunduğu deyilən direktor Cəmilə Əhmədova Ajans.az-a açıqlama verib. Cəmilə Əhmədova açıqlayıb ki, 42 ildir, əmək fəaliyyəti ilə məşğul olub. 2013-cü ildə, prezident İlham Əliyevin sərəncamı ilə Sabunçu rayon, Ramana qəsəbəsində yerləşən Nizami Gəncəvi adına, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində işləməyə başlayıb. Sonradan “ Böyük Qayıdış” proqramı çərçivəsində 2024-cü ildə Xankəndi şəhəri üzrə təyinatı verilib. Cəmilə Əhmədova qeyd edib ki, Xankəndidə iş fəaliyyətini icra etdiyi vaxtda (2024-cü il) iki məktəbə rəhbərlik edib. Bunlar Xankəndi və Ballıca məktəbləri olub. Bu il isə, Ballıca məktəbi ayrılıb. Direktorun sözlərinə görə, iş fəaliyyətində göstərdiyi uğurlara və quruculuq işlərinə görə yeni məktəbə təyinat alıb. O da, bunu sevinclə qarşılayaraq, öz ərizəsi ilə işdən ayrılıb. Yaxın zamanlarda, yeni məktəbdə işinə başlayacaq. Məktəbin hansı olmağı haqqında hələ məlumat yoxdur.

Xankəndidə yol verdiyi nöqsanlara görə, işdən azad olunduğu deyilən direktor Cəmilə Əhmədova Ajans.az-a açıqlama verib. 

Cəmilə Əhmədova açıqlayıb ki, 42 ildir, əmək fəaliyyəti ilə məşğul olub. 2013-cü ildə, prezident İlham Əliyevin sərəncamı ilə Sabunçu rayon, Ramana qəsəbəsində yerləşən Nizami Gəncəvi adına, Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində işləməyə başlayıb. Sonradan “ Böyük Qayıdış” proqramı çərçivəsində 2024-cü ildə Xankəndi şəhəri üzrə təyinatı verilib. 

Cəmilə Əhmədova qeyd edib ki, Xankəndidə iş fəaliyyətini icra etdiyi vaxtda (2024-cü il) iki məktəbə rəhbərlik edib. Bunlar Xankəndi və Ballıca məktəbləri olub. Bu il isə, Ballıca məktəbi ayrılıb. 

Direktorun sözlərinə görə, iş fəaliyyətində göstərdiyi uğurlara və quruculuq işlərinə görə yeni məktəbə təyinat alıb. O da, bunu sevinclə qarşılayaraq, öz ərizəsi ilə işdən  ayrılıb. Yaxın zamanlarda, yeni məktəbdə işinə başlayacaq. Məktəbin hansı olmağı haqqında hələ məlumat yoxdur.

author picture
Zərif Sofiyeva
Mövzular:
Cəmilə Əhmədova Xankəndi şəhər 4 nömrəli tam orta məktəb Nöqsanlar Açıqlama

Digər Xəbərlər