Ajans.az xəbər verir ki, bu barədə hərəkatın siyasi büro üzvü Məhəmməd Nazzal məlumat yayıb. Onun sözlərinə görə, yaxın günlərdə HƏMAS bu planla bağlı rəsmi mövqeyini təqdim edəcək.

Nəzzal əlavə edib ki, təşkilat razılaşma əldə etməkdə maraqlıdır, lakin Qəzzada “soyqırımı davam etdirən” və fələstinliləri “qanuni hüquqlarından imtina etməyə” məcbur edən planı qəbul etməyəcək.