Polşa müharibəyə hazırlaşır
Polşada tibb mütəxəssisləri mümkün hərbi münaqişəyə hazırlıq çərçivəsində fövqəladə vəziyyətlərdə fəaliyyət göstərmək üzrə təlimlərə başlayıblar.
Ajans.az RİA "Novosti"-yə istinadən xəbər verir ki,bu barədə Lyublin Hərbi Hospitalının rəisi, Lyublin-Subkarpat Hərbi Tibb Dairəsinin komandiri polkovnik Aleksandr Mixalski məlumat verib.
“Biz həkimlərə, tibb bacılarına və feldşerlərə döyüş şəraitində işləməyin əsas xüsusiyyətlərini, həmçinin taktiki təbabət prinsiplərini öyrətmək istəyirik”, – deyə polkovnik bildirib.
Onun sözlərinə görə, Lyublin şəhərində “fəlakət təbabəti laboratoriyası” yaradılır. Bu mərkəzdə müxtəlif tibb müəssisələrindən olan personal döyüş şəraitində, “sahə şəraitində” yaralıların ilkin yardımını göstərməyi öyrənəcək.
Təlimlərin ilkin mərhələsi xüsusi manekenlər üzərində aparılacaq. Daha sonra təlimlər üçün xəstəxananın zirzəmisində tipik müharibə şəraiti yaradılacaq.
Mixalski qeyd edib ki, real şəraiti simulyasiya etmək üçün otaqlar steril olmayacaq, çoxlu toz, kir, xüsusi işıqlandırma və səs effektləri istifadə olunacaq.