Reklam resmi
Reklam resmi

Rusiya dəhşətli cavab HAZIRLAYIR

Rusiya  dəhşətli cavab HAZIRLAYIR
Dünya

Moskva Kiyevin Qara dənizdəki təxribatlarına cavab vermək üçün bütün zəruri imkanlara sahibdir və bunun üçün dəhşətli cavab tədbirləri görəcək.

Ajans.az xəbər verir ki, bunu “News.ru”ya danışan Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik bildirib.

Belikin sözlərinə görə, Kiyev və onun Qərb havadarları Qara dəniz regionunda narahatlıq yaradır.

Ukraynanın bu ərazidə genişmiqyaslı əməliyyat keçirmək niyyətləri gizlədilmir.

Deputat həmçinin vurğulayıb ki, Rusiya “düşmənin yarmaq cəhdlərinə” qarşı lazımi cavabı verə biləcək potensiala malikdir.

Nəşr mənbəsi həmçinin qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün yeni hücumlara dair açıqlamaları ABŞ-dan daha çox siyasi və hərbi dəstək qazanmaq məqsədi ilə bağlı görünə bilər.

Xatırladaq ki, hərbi müşahidəçilər və bəzi təqaüdçü zabitlər Ukrayna qüvvələrinin bir neçə istiqamətdə – o cümlədən Zaporojye–Xerson və Çerniqov–Sumı zolaqlarında cəmləşməsi barədə məlumat yayıblar.

Mövzular:
Rusiya Ukrayna hərbi münaqişə

Digər Xəbərlər