Reklam resmi
Reklam resmi

Avropa Ukraynaya qaz alışı üçün 300 milyon avro ayıracaq

Avropa Ukraynaya qaz alışı üçün 300 milyon avro ayıracaq
Dünya

Avropa İnvestisiya Bankı (AİB) Ukraynanın dövlət enerji şirkəti “Naftoqaz”a qaz alışı məqsədilə 300 milyon avro məbləğində kredit ayıracaq.

Ajans.az xəbər verir ki,bu barədə Ukrayna korporasiyası özünün Telegram kanalında məlumat yayıb.

“Naftoqaz” bu razılaşmanı “tarixi” adlandıraraq qeyd edib ki, vəsait Ukraynada uzunmüddətli yanacaq ehtiyatlarının yaradılmasına və qarşıdan gələn qış mövsümündə vətəndaşların fasiləsiz qaz təchizatının təmin edilməsinə yönəldiləcək.

Qeyd olunur ki, kreditin ayrılması üçün şərtlərdən biri kimi “Naftoqaz”dan bərpa olunan enerji və karbonsizləşdirmə layihələrinə eyni məbləğdə – 300 milyon avro investisiya yatırılması tələb olunur.

Ukraynanın əlavə qaz tədarükünə ehtiyacı ölkənin demək olar ki, bütün daxili qaz ehtiyatlarını – o cümlədən sənaye sektoruna ayrılmış qazı – tükətməsi fonunda yaranıb. Ötən illərdə Ukrayna bu ehtiyatları əsasən Qazprom vasitəsilə qaz nəqli sistemi üzərindən doldura bilirdi. Lakin 1 yanvar 2025-ci ildən etibarən bu imkan tamamilə dayandırılıb.

Kiyev əvvəllər Rusiya qazının Avropa ölkələrinə tranziti ilə bağlı uzunmüddətli müqaviləni uzatmayacağını bəyan etmişdi. Bunun nəticəsində Ukrayna qaz idxalını Avropa bazarından, lakin daha yüksək qiymətlərlə həyata keçirməyə başlayıb.

Yeni maliyyə razılaşması Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsi və alternativ mənbələrə keçidin sürətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa Ukrayna

Digər Xəbərlər