Reklam resmi
Reklam resmi

İndoneziyada məktəb binası çökdü: 3 nəfər ölüb

İndoneziyada məktəb binası çökdü: 3 nəfər ölüb
Dünya

İndoneziyanın Şərqi Yava əyalətinin Sidoarco şəhərində yerləşən islam internat məktəbinin binasının çökməsi nəticəsində azı 3 nəfər həlak olub, 99 nəfər xəstəxanaya yerləşdirilib. Yaralananlardan bəzilərinin vəziyyəti ağırdır.

Ajans.az xəbər verir ki,hadisə bazar ertəsi baş verib və hazırda dağıntılar altında onlarla insanın qaldığı ehtimal olunur.

İki mərtəbəli binanın zəif təməli əlavə mərtəbələrin çəkisini daşıya bilməyib və bina namaz vaxtı çöküb. Dağıntılar altında qalanların əksəriyyəti 12–17 yaş arası oğlan şagirdlərdir. Təbii fəlakətlərin nəticələrinin azaldılması agentliyinin məlumatına görə, qızlar binanın başqa hissəsində ibadət etdikləri üçün xəsarət almadan binanı tərk edə biliblər.

Məktəbdə dağıntılar altında qalanların tapılması üçün gecə boyu xilasedici əməliyyatlar aparılıb. Lakin çərşənbə axşamı səhər xilasetmə işləri müvəqqəti dayandırılıb – səbəb olaraq binanın daha da çökmə riski göstərilib.

İndoneziya Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafeii bildirib ki, bina “pankek tipli” – yəni beton plitələrin bir-birinin üzərinə düşdüyü struktur şəklində çöküb. Bu da yalnız dar boşluqların qalmasına və dağıntılar altında hələ də sağ qalanların olma ehtimalına işarə edir. Onun sözlərinə görə, ağır texnikadan – kran və ekskavatorlardan istifadə müəyyən risklər daşıyır, çünki beton plitələrin yer dəyişməsi dağıntılar altında sağ qalanların həyatını təhlükəyə ata bilər.

Xilasetmə qrupları ölkənin müxtəlif bölgələrindən hadisə yerinə cəlb olunub və xüsusi çıxarma avadanlıqları ilə təchiz edilib. Hadisə yerindən yayılan görüntülərdə binanın çökmüş hissəsinin tamamilə dağılması, iri beton parçalarının yerə səpələnməsi görünür. Dağıntılar altından ağlama və qışqırıq səslərinin gəldiyi, narahat qohumların isə məktəbin yaxınlığında gecəni keçirərək yaxınlarından xəbər gözlədiyi bildirilir.

Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etmir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İndoneziya hadisə

Digər Xəbərlər