Reklam resmi
Reklam resmi

ABŞ və İsrail Qəzza ilə bağlı razılaşmaya yaxındır

ABŞ və İsrail Qəzza ilə bağlı razılaşmaya yaxındır
Dünya

ABŞ və İsrail hakimiyyəti, ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza üzrə sülh planı ilə bağlı razılaşmaya çox yaxın olduqlarını bildiriblər. Lakin Fələstinin radikal HƏMAS hərəkatı hələlik plana razılıq verməyib.

Ajans.az xəbər verir ki,bu barədə sentyabrın 28-də “Axios” onlayn portalının jurnalisti Barak Ravid, ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Ravidin sözlərinə görə, ABŞ rəsmisi, Prezident Trampın xüsusi elçisi Stiven Vitkoff və Trampın kürəkəni, müşaviri Cared Kuşnerin İsrailin baş naziri Binyamin Netanyahu ilə apardıqları danışıqlar nəticəsində tərəflər Qəzzada müharibəni dayandırmaq planı üzrə razılaşmaya çox yaxınlaşıblar.

Rəsmilər bildiriblər ki, planın həyata keçirilməsi üçün HƏMAS-ın razılığı hələ də tələb olunur.

Donald Tramp sentyabrın 28-də “Reuters” agentliyinə verdiyi müsahibəsində sentyabrın 29-da Ağ Evdə baş tutacaq Netanyahu ilə görüşdə Qəzza ilə bağlı sülh sazişinin təfərrüatlarının müzakirə ediləcəyini və qismən razılaşdırılacağını gözlədiyini bildirib.

Tramp qeyd edib ki, “hamı razılıq əldə etmək istəyir”, və bu kontekstdə İsrail və ərəb ölkələrindən çox müsbət cavablar aldığını vurğulayıb.

Axios-a verdiyi əlavə açıqlamada Tramp, Qəzza zolağında vəziyyətin nizamlanması üzrə aparılan danışıqların artıq “son mərhələyə” daxil olduğunu deyib. Onun sözlərinə görə, bu proses Yaxın Şərqdə daha genişmiqyaslı sabitliyə və siyasi həllərə yol aça bilər.

Son günlər Tramp bir neçə çıxışında, Qəzza münaqişəsinin həllinə dair razılaşmanın, eləcə də HƏMAS tərəfindən saxlanılan girovların azad olunması ilə bağlı sazişin yaxın zamanda əldə ediləcəyinə əmin olduğunu bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ İsrail Qəzza

Digər Xəbərlər