Türkiyədə güclü zəlzələ baş verdi
Türkiyənin Kütahya vilayətində zəlzələ qeydə alınıb. Fəlakət və Fövqəladə Hallar Rəhbərliyi (AFAD) tərəfindən yayılan məlumata görə, təbii fəlakət 29 sentyabr tarixində, gecə saat 01:54-də baş verib.
Ajans.az xəbər verir ki,yeraltı təkanların episentri Kütahyanın Simav rayonu olub. Zəlzələnin maqnitudası 4,5 bal, dərinliyi isə 10,31 kilometr olaraq ölçülüb.
Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət alanlarla bağlı məlumat verilməyib. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmanı davam etdirir.
Mövzular: