Reklam resmi
Reklam resmi

Bəşər Əsədə həbs qərarı ÇIXARILDI

Bəşər Əsədə həbs qərarı ÇIXARILDI
Dünya

Suriyada sabiq prezident Bəşər Əsədə qarşı həbs qərarı çıxarılıb.

Ajans.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“2011-ci ildə Dəraa şəhərində baş vermiş hadisələrlə bağlı irəli sürülmüş ittihamlar üzrə Bəşər Əsəd barəsində qiyabi həbs qərarı verilib”, – deyə məlumatda qeyd olunur.

Bundan əvvəl Suriya Xalq Məclisinə (parlamentə) seçkilərin keçiriləcəyi tarix məlum olub. Seçkilərin 5 oktyabr tarixində keçirilməsi nəzərdə tutulub.

Sentyabr ayında isə keçid dövrü üzrə respublikanın prezidenti Əhməd əş-Şəraa son 58 ildə ilk dəfə olaraq ABŞ-a səfər edib.

Xatırladaq ki, Bəşər Əsəd 8 dekabr 2024-cü ildə müxalifətin silahlı birləşmələrinin Dəməşqə daxil olmasından sonra prezident postunu tərk edərək ölkəni tərk etmişdi.

Mövzular:
Bəşər Əsəd həbs qərar

Digər Xəbərlər