Hindistan ABŞ-nin tələblərinin icrası üçün şərtlər İRƏLİ SÜRDÜ
ABŞ Hindistanın Rusiya neftini almaqdan imtinasını ticarət razılaşması üçün əsas şərt hesab edir.
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ rəsmiləri hindistanlı həmkarlarına tarifləri azaltmaq, Vaşinqton və Yeni Dehli arasında ticarət sazişi bağlamaq üçün Rusiya neftinin alışının məhdudlaşdırılmasının zəruri olduğunu bildiriblər. Amerika tərəfi hesab edir ki, ticarət danışıqları "yaxşı irəliləyir", lakin "ABŞ-ın bazara çıxış, ticarət kəsirləri və Rusiyadan neft tədarükü ilə bağlı əsas narahatlıqlarını həll etmək üçün əlavə iş lazımdır".
"Bloomberg"in daha əvvəl xəbər verdiyi kimi, Hindistan ABŞ-a bir daha bəyan edib ki, Yeni Dehlinin Rusiya neftinin idxalını dayandırması tələbini yerinə yetirməsi üçün ABŞ Venesuela və İrandan xam neftə tətbiq edilən sanksiyalarə ləğv edilməlidir. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval cümə günü keçirdiyi brifinqdə NATO və Aİ ölkələrini, eləcə də Hindistanı Rusiya neftini aldığına görə tənqid edən ABŞ-ı ikili standartlardan çəkinməyə çağırıb.
Avqustun 6-da ABŞ Rusiyadan neft və neft məhsullarının alınmasına görə Hindistana əlavə 25% rüsum tətbiq edib. Avqustun sonunda ABŞ-ın Hindistan mal və xidmətlərinə tətbiq etdiyi tariflər 50%-ə qədər artırılıb. Hindistan Xarici İşlər Nazirliyi bu hərəkətləri ədalətsiz adlandırıb. \Teleqraf.az