Reklam resmi
Reklam resmi

Litvanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib

Litvanın sabiq prezidenti xəstəxanaya yerləşdirilib
Dünya

Litvanın keçmiş prezidenti Valdas Adamkus xəstəxanaya yerləşdirilib.

Ajans.az xəbər verir ki,bu barədə ölkənin “Lrytas” qəzeti məlumat yayıb.

"Bəli, o, xəstəxanadadır. Digər suallarınız üçün Santara Klinikasına müraciət etməyinizi tövsiyə edirəm. Mənim [keçmiş] prezidentin səhhəti barədə danışmaq səlahiyyətim yoxdur", – deyə Adamkusun mətbuat katibi bildirib.

Məlumatlara görə, 98 yaşlı siyasətçi sentyabrın 25-i axşam saatlarında yoluxucu xəstəlik şübhəsi ilə xəstəxanaya aparılıb. Onun sonuncu dəfə ictimaiyyət qarşısına çıxışı sentyabrın 22-də — Litvalı iş adamı və Çilinin Litvadakı fəxri konsulu Rimtautas Vizgirdanın vida mərasimində baş tutub.

Valdas Adamkus (əsl adı Voldemaras Adamkavičius) 1926-cı il noyabrın 3-də Litvanın Kaunas şəhərində anadan olub. O, iki dəfə — 1998–2003 və 2004–2009-cu illərdə Litvanın prezidenti vəzifəsini icra edib.

Tarixi mənbələrə əsasən, İkinci Dünya Müharibəsi zamanı gənc Adamkus Litva Vermaxt bölməsi olan “Vətənin Müdafiə Qüvvələri”ndə xidmət edib. 1944-cü ildə həmin hərbi birləşmə ilə Almaniyaya çəkilən Adamkus, 1949-cu ildə ABŞ-a mühacirət edib və 1997-ci ilə qədər orada yaşayıb, ABŞ-ın dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb.

Hazırda onun səhhəti ilə bağlı rəsmi məlumat verilməyib. Xəstəxanadan açıqlama gözlənilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Litva Valdas Adamkus

Digər Xəbərlər