Reklam resmi
Reklam resmi

Başqırdıstanda məsciddə qanunsuz Quran nüsxəsi aşkar edilib

Başqırdıstanda məsciddə qanunsuz Quran nüsxəsi aşkar edilib
Dünya

Başqırdıstan Respublikasında yerləşən məscidlərdən birində Rusiya qanunvericiliyinə uyğun olmayan dini ədəbiyyat, o cümlədən qanunsuz Quran nüsxəsi aşkar edilib.

Ajans.az xəbər verir ki,bu barədə məlumatı Mash Batash Telegram kanalı yayıb.

Məlumata görə, məsciddə yoxlama zamanı yayılması qadağan olunmuş bir neçə dini kitab tapılıb. Onların arasında xüsusi qeydiyyat işarəsi olmayan və mənbəyi məlum olmayan bir Quran nüsxəsi də olub. Kanal bildirir ki, bu kitabın mövcud satışda olan rəsmi Quran nüsxələri ilə müqayisədə fərqli olduğu ehtimal edilir – tərcümə və ya təfsir fərqi ola bilər.

İlkin olaraq məscid inzibati qaydada cərimələnib. Lakin kitabların konkret sahibləri müəyyən olunduqdan sonra cərimənin məbləği azaldılıb və hadisə rəsmi olaraq xəbərdarlıqla yekunlaşıb.

Mövzu ilə bağlı rəsmi dini idarələr və hüquq-mühafizə orqanları tərəfindən hələlik əlavə şərh verilməyib.

Qeyd edək ki, Rusiyada dini ədəbiyyatın yayımlanması və yayılması ciddi nəzarət altındadır və qanunsuz tərcümə və ya təhrif olunmuş dini mətnlərin istifadəsi inzibati və cinayət məsuliyyəti daşıya bilər.

Bundan əvvəl, Çelyabinsk vilayətində də İslam dininə qarşı təxribat xarakterli hadisələr baş verib. Belə ki, bir məscidin qarşısına donuz başı atılmış, bir neçə həftə sonra isə həmin bina yandırılmışdı. Ural Federal Dairəsinin baş müftisi Rinat Raev hər iki insidenti “dindarlar arasında nifrət və qarşıdurma yaratmağa yönəlmiş təxribat” adlandırmışdı.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Başqırdıstan Quran

Digər Xəbərlər