Ajans.az xəbər verir ki, bu barədə Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silah satışına cavabdeh olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bəyanatda bu silahların Almaniyaya satışının NATO müttəfiqinin müdafiəsini gücləndirməklə “ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına töhfə verəcəyi” vurğulanır.

Agentlik hesab edir ki, potensial sövdələşmə Almaniyanın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.