Əhməd Əl Şaraanın Moskvaya gözlənilən səfəri MÜZAKİRƏ EDİLİB
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriya nümayəndə heyətinin nümayəndələri ilə görüşüb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.
Məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun suriyalı həmkarı Əsəd Əl-Şeybani keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Rusiya-Ərəb sammitində iştirakına hazırlıq məsələlərini müzakirə ediblər.
"Münasibətlərimizin hazırkı vəziyyətini müzakirə etmək vacibdir. Hadisələr çox sürətlə gedir", - Lavrov görüşdən əvvəl bildirib.
“Gələcək təmasların cədvəli, o cümlədən Suriya prezidenti Əhməd əl-Şaraanın 2025-ci ilin oktyabrında Moskvada keçiriləcək birinci Rusiya-Ərəb sammitində iştirakı fonunda nəzərdən keçirilib”, - məlumatda qeyd olunub.