Keçmiş FTB direktoru ittiham oluna bilər
Federal prokurorlar keçmiş Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komiyə qarşı cinayət işi açıb-açmamaq barədə qərar verməyə yaxındırlar. Komi uzun müddətdir prezident Donald Trampın siyasi rəqibi kimi tanınır.
Ajans.az Sky News-a istinadən xəbər verir ki,bir neçə media orqanı bildirib ki, prokurorlar Komini 2020-ci ildə Konqresə verdiyi ifadədə FTB-nin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı apardığı təhqiqatın mənbələri barədə yalan danışmaqda ittiham etməyi nəzərdən keçiriblər.
Məlumata görə, bu məsələyə dair hüquqi qərarın verilməsi üçün vaxt məhduddur — iş üzrə beş illik cinayət təqibi müddəti çərşənbə axşamı sona çatır.
Xatırladaq ki, bir neçə gün əvvəl Donald Tramp keçmiş Florida baş prokuroru Pam Bondini Komini və digər rəsmiləri araşdırmağa çağırmış və onları “məhz günahkar” adlandırmışdı.
Mövzular: