Reklam resmi
Reklam resmi

ABŞ-da “kabus bakteriyaları” sürətlə yayılır

ABŞ-da “kabus bakteriyaları” sürətlə yayılır
Dünya

ABŞ-da dərmana davamlı “kabus bakteriyaları”ndan yoluxma halları son illərdə kəskin artıb. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) alimlərinin Annals of Internal Medicine jurnalında dərc etdiyi hesabata görə, bu infeksiyalar 2019–2023-cü illər arasında təxminən 70% artıb.

Ajans.az xəbər verir ki,bakteriyaların bu sürətli yayılmasının əsas səbəbi NDM geni sayılır. Bu genə sahib bakteriyalar yalnız iki növ antibiotikə həssasdır və həmin dərmanlar baha olmaqla yanaşı, yalnız venadaxili tətbiq olunur. Alimlər bildirirlər ki, bakteriyalar əvvəllər xarici tibbi yardım alan az sayda xəstələrdə müşahidə olunurdusa, bu gün artıq ABŞ daxilində beşqat artım qeydə alınıb.

Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi insanlar bu bakteriyaların daşıyıcısı ola bilər və bu, onların cəmiyyət daxilində yayılmasına səbəb olur. CDC 2023-cü ildə 29 ştatdan 4,341 karbapenemə davamlı bakterial infeksiya halı qeydə alıb, onlardan 1,831-i NDM növüdür.

Tədqiqatçılar artımın əsas səbəblərindən biri kimi COVID-19 pandemiyası dövründə antibiotiklərin geniş istifadəsini göstərirlər. Lakin CDC bildirir ki, bu məlumatlar tam mənzərəni əks etdirmir – çünki bir çox ştat bu halları tam test və hesabatla izləyə bilmir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ bakteriya

Digər Xəbərlər