Zelenski prezidentlikdən istefa şərtlərini açıqladı
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, münaqişə başa çatdıqdan sonra prezident postundan istefa verməyə hazırdır.
Ajans.az xəbər verir ki,o,bu barədə Axios Show proqramında danışıb.
“Əgər ruslarla müharibə başa çatsa, mən vəzifədə qalmağa hazıram. Çünki mənim məqsədim seçkilər deyil,” – deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, atəşkəs əldə olunarsa, parlament seçkilərinə hazırlıq üçün siqnal verilə bilər.
Zelenskinin bu açıqlaması müharibə şəraitində siyasi sabitliyin qorunması ilə bağlı mövcud narahatlıqlar fonunda verilib.
Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, Ukrayna Silahlı Qüvvələrinin mümkün yeni hücumu barədə məxfi kəşfiyyat məlumatı alıb. Həmin hücumun Amerika kəşfiyyat dəstəyi tələb edə biləcəyi qeyd olunub.
Mövzular: