Ajans.az xəbər verir ki, bu barədə Ukrayna lideri "Telegram" kanalında məlumat verib.

Prezidentlərin görüşü 7 dəqiqə çəkdi.

ABŞ prezidenti Donald Tramp Nyu Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Voldimir Zelenski ilə görüşü zamanı deyib ki, “Biz Ukraynanın döyüş tərzinə böyük hörmətlə yanaşırıq. Bu, həqiqətən təsir edicidir.”

Görüş zamanı Tramp son həftələrdə Rusiya döyüş təyyarələri və pilotsuz təyyarələrinin bəzi NATO ölkələrinin hava məkanına daxil olması ilə bağlı tarixi açıqlama verib.

“Sizcə, NATO ölkələri NATO hava məkanına girən Rusiya təyyarələrini vurmalıdırlarmı?” sualına Tramp “Bəli” cavabını verib.

Tramp, "Rusiya iqtisadiyyatı hazırda çox pis vəziyyətdədir. Düzünü desəm, Ukrayna bu çox böyük ordunu dayandırmaq üçün çox yaxşı bir iş görür. Üç il yarım keçdi və Rusiya çox parlaq görünmür" dedi.

ABŞ prezidenti bildirib ki, Danimarka hava məkanında görünən pilotsuz təyyarələrlə bağlı məlumatı yoxdur.

ABŞ-ın təyyarələrin vurulmasına dəstək olub-olmayacağı ilə bağlı suala Donald Tramp “Bu, şəraitdən asılıdır” deyə cavab verib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.