Ajans.az xəbər verir ki, Donald Tramp çərşənbə axşamı Avropa dövlətlərinin nümayəndələri ilə Rusiyadan neft alışının dayandırılması məsələsini müzakirə etməyi planlaşdırır.

“Avropa ölkələri dərhal Rusiyadan neft alışını dayandırmalıdırlar, əks halda biz hamımız vaxtımızı boş yerə sərf edirik. Mən bu məsələni müzakirəyə hazırıq və bu gün Avropa ölkələri ilə bu mövzu ətrafında danışıqlar aparacağıq",– deyə Tramp qeyd edib.

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib ki, "Avropa ölkələri miqrasiya böhranı səbəbindən cəhənnəmə doğru gedir."

O qeyd edib ki, “açıq sərhədlərlə uğursuz sınaq” başa çatmalıdır.

"İnanın, mən bu məsələləri çox yaxşı başa düşürəm. ABŞ-də biz nəzarətsiz immiqrasiyaya tez son qoymaq üçün qətiyyətli addımlar atdıq. Sərhədi keçən hər kəsi saxlayıb deportasiya etməyə və qeyri-qanuni mühacirləri qovmağa başlayandan sonra onlar sadəcə olaraq gəlməyi dayandırdılar", - Ağ Ev rəhbəri bildirib.