Reklam resmi
Reklam resmi

Cənubi Koreyada dini lider həbs edilib

Cənubi Koreyada dini lider həbs edilib
Dünya

Cənubi Koreya polisi Birlik Kilsəsinin lideri Han Hak-canı saxlayıb.

Ajans.az The New York Times-a istinadən xəbər verir ki,onun həbsi sabiq prezident Yun Seok-yula qarşı impiçment prosesi ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib.

Hüquq-mühafizə orqanları bildirir ki, dini təşkilatın yaradıcısı Sun Myung Munun 82 yaşlı dul qadını — Han Hak-ca, icmanın vəsaitlərini mənimsəməkdə və bu pullardan Cənubi Koreyanın birinci xanımı Kim Geun-hee-yə rüşvət vermək məqsədilə istifadə etməkdə ittiham olunur. İddialara əsasən, bu yolla Birlik Kilsəsi dövlət səviyyəsində güzəştli münasibət əldə edib.

Qeyd edək ki, 2024-cü ilin dekabrında o zamankı prezident Yun Seok-yul ölkədə hərbi vəziyyət elan etmişdi. Bu addımdan sonra prokurorlar onu iğtişaşların təşkili və konstitusion quruluşu pozmaqda ittiham etmiş, nəticədə Yun Seok-yul həbs olunmuşdu.

2025-ci ilin aprelində isə Cənubi Koreya Konstitusiya Məhkəməsi Yun Seok-yulun impiçmentini təsdiqləyərək onu bütün dövlət səlahiyyətlərindən məhrum edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Cənubi Koreya Birlik Kilsəsi Han Hak-can

Digər Xəbərlər