Ankara bələdiyyəsində əməliyyat keçirilib
Türkiyə polisi Ankara Böyükşəhər Bələdiyyəsində əməliyyat aparıb.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
"Ankara Böyükşəhər Bələdiyyəsinin 2021-2024-cü illər arasında təşkil etdiyi konsert xərclərinə 154 milyon türk lirəsi məbləğində "ictimai ziyan" iddiası ilə 13 nəfər saxlanılıb. Ankara Baş Prokurorluğu tərəfindən istintaq davam edir", - məlumatda qeyd olunub.
Mövzular: