Reklam resmi
Reklam resmi

Osloda və Kopenhagendə PUA XƏBƏRDARLIĞI

Osloda və Kopenhagendə PUA XƏBƏRDARLIĞI
Dünya

Danimarkanın paytaxtı Kopenhagendə hava limanının fəaliyyəti ərazidə müşahidə olunan dronlara görə dayandırılıb. Norveçin paytaxtı Oslodakı Akersus hərbi qalası üzərində pilotsuz təyyarələrin uçması xəbərindən sonra Norveçdə hava hücumu xəbərdarlığı edilib.

Ajans.az xəbər verir ki, bu barədə “Aftonbladet” məlumat yayıb.

Əməliyyatlar rəisi Oyvind Hammersvoldun sözlərinə görə, Oslodakı pilotsuz təyyarələr hərbçilər tərəfindən aşkar edilib.

Kopanhagendə isə polis hadisə yerindədir.

Bütün reyslər təxirə salınıb, təyyarələr 40 dəqiqədən çoxdur uçuş-enmə zolağında növbə gözləyir.

Məhdudiyyətlərin nə qədər davam edəcəyi məlum deyil.

Hava limanı hələlik rəsmi açıqlama vermir.

Mövzular:
PUA xəbərdarlıq Oslo Kopenhagen fəaliyyət

Digər Xəbərlər