Ağdamda avtomobil YANDI
Ağdamda minik maşını yanıb.
Ajans.az xəbər verir ki, yanğın hadisəsi Quzanlı - Xındırıstan avtomobil yolunun rayonun Eyvazlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" markalı 35 BN 249 dövlət nömrəli avtomobil anidən alovlanıb.
Hadisə yerinə FHN-nin Ağdam yanğınsöndürən bölməsinin iki maşını şəxsi heyətlə cəlb olunub.
Yanğınsöndürənlər yanğının ətrafdakı avtomobillərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma başlanıb

Mövzular: