Reklam resmi
Reklam resmi

Suzuki 22 ildən sonra loqotipini yenilədi

Suzuki 22 ildən sonra loqotipini yenilədi
Dünya

Suzuki Motor Corporation 22 il ərzində ilk dəfə olaraq məhsullarında istifadə etdiyi loqotipini yenidən dizayn edib.

Ajans.az xəbər verir ki,şirkətdən verilən məlumata görə, yeni loqo brendin tanınan konturunu və simvolik "S" hərfini qoruyub saxlayır, lakin rəqəmsal dövrə uyğunlaşdırılaraq düz və ikiölçülü formaya keçirilib. Ənənəvi xrom örtüyü isə yüksək əks etdirən gümüş rənglə əvəz olunub.

Şirkət bildirib ki, bu dəyişikliklər “Sənin tərəfində” (“On Your Side”) adlı yeni korporativ şüarın mahiyyətini əks etdirir və Suzuki-nin “müştəri-ilk” prinsipinə sadiqliyini nümayiş etdirir.

Yenilənmiş loqo ilk dəfə 31 oktyabr – 9 noyabr tarixlərində Tokioda keçiriləcək 2025 Japan Mobility Show sərgisində təqdim olunacaq konsept modellərində nümayiş etdiriləcək.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Suzuki Japan Mobility Show

Digər Xəbərlər