Rusiyalı sabiq deputat tutulub
Federal axtarışda olan Dövlət Dumasının keçmiş deputatı Ruslan Balbek Kabardin-Balkar Respublikasında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Ajans.az xəbər verir ki,bu barədə Krım Daxili İşlər Nazirliyi "Lenta.ru"ya məlumat verib.
48 yaşlı sabiq deputatın barəsində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri seçilib. Balbekə qarşı Rusiya Cinayət Məcəlləsinin 272-ci maddəsi ("Kompüter məlumatlarına icazəsiz daxil olmaq") və 128.1-ci maddəsi ("Böhtan") üzrə cinayət işi açılıb. Bundan əvvəl onun dələduzluqda da şübhəli bilindiyi bildirilmişdi, lakin əlavə təfərrüatlar açıqlanmayıb.
Balbek həmçinin Türkiyədə və Krasnodar diyarında da axtarışda olub.
Mövzular: