Reklam resmi
Reklam resmi

İndoneziyada Levotobi vulkanı 21 dəfə püskürüb

İndoneziyada Levotobi vulkanı 21 dəfə püskürüb
Dünya

İndoneziyanın Flores adasında yerləşən Levotobi vulkanında son günlər ərzində ən azı 21 püskürmə qeydə alınıb.

Ajans.az xəbər verir ki,bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.

Mərkəzin açıqlamasına görə, kül qalxışı Levotobi Laki-Laki kraterindən 2000 metr hündürlüyə, yəni dəniz səviyyəsindən 3584 metrə çatıb. Vulkanik kül əsasən qərb və şimal-qərb istiqamətində sürətlə yayılır.

Rəsmilər yerli sakinləri və turistləri maska və respiratorlardan istifadə etməyə, eləcə də hakimiyyətin göstərişlərinə ciddi şəkildə əməl etməyə çağırıblar.

Levotobi vulkanı Flores adasının cənub-şərqində, əkiz zirvədən ibarət dağ massividir. Onlardan daha aktiv olan Levotobi Laki-Laki (1584 m), Levotobi Perempuan (1703 m) zirvəsindən 2,1 kilometr şimal-qərbdə yerləşir.

İndoneziya 18 minə yaxın adadan ibarət olub, Sakit Okeanın “Od halqası” adlanan seysmik aktiv bölgəsində yerləşir. Bu səbəbdən ölkə tez-tez vulkan püskürmələri və zəlzələlərlə üzləşir. İndoneziyada 500-dən çox vulkan mövcuddur, onlardan təxminən 130-u aktivdir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İndoneziya vulkan

Digər Xəbərlər