Reklam resmi
Reklam resmi

Banqladeşdə bir gündə 12 nəfər ölüb

Banqladeşdə bir gündə 12 nəfər ölüb
Dünya

Banqladeşdə denq qızdırması ilə bağlı vəziyyət getdikcə ağırlaşır. Dhaka Tribune xəbər verir ki, ölkə bazar günü bir gündə 12 nəfərin bu virusdan ölməsi ilə yeni rekord qeydə alıb. Bu, cari il ərzində denq səbəbilə ölənlərin ümumi sayını 179-a çatdırıb.

Ajans.az xəbər verir ki,səhiyyə qurumlarının məlumatına görə, hal-hazırda ölkə üzrə 2000-dən çox xəstə tibb müəssisələrində müalicə alır. İlin əvvəlindən virusa yoluxanların ümumi sayı 48 min nəfəri keçib. Ölüm halları Banqladeşin bir sıra bölgələrində qeydə alınıb.

Tibb mütəxəssisləri xəbərdarlıq edirlər ki, bu ilki vəziyyət 2024-cü ildəki ağır epidemiya ilə müqayisədə daha sürətlə pisləşir. Qeyd edək ki, ötən il Banqladeşdə 575 nəfər denq xəstəliyindən həyatını itirmişdi.

Mütəxəssislər ağcaqanad nəzarətinə yönəlik təcili tədbirlər görülməsini və səhiyyə infrastrukturunun xəstə axınına qarşı daha hazırlıqlı olmasını vacib hesab edirlər.

Denq qızdırması tropik və subtropik iqlimə malik ölkələrdə geniş yayılmış viral infeksiyadır və dişi Aedes növlü ağcaqanadlar tərəfindən yayılır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, denq qızdırması son illərdə bütün regionlarda sürətlə yayılan təhlükəli infeksiyaya çevrilib. Təşkilat illik yoluxma hallarını 100-400 milyon arasında qiymətləndirir. Halların 80%-dən çoxu yüngül və ya simptomsuz olsa da, virus bəzi hallarda potensial ölümcül ağırlaşmalara səbəb ola bilər.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Banqladeş Səhiyyə Təşkilatı

Digər Xəbərlər