Özbəkistan bu səbəbdən Ukraynaya NOTA VERDİ
Özbəkistan Xarici İşlər Nazirliyi 13 vətəndaşının məcburi əməyə cəlb edilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğuna diplomatik nota ünvanlayıb.
Ajans.az xəbər verir ki, bu barədə sentyabrın 19-da qurumun mətbuat katibi Axror Burxanov məlumat verib.
“Müvafiq notalar Ukraynada məcburi əməyə məruz qalan vətəndaşlarımıza konsulluq və hüquqi yardım göstərilməsi üçün təqdim olunub”, – Burxanovun sözlərini TASS yayıb.
Hadisə üzrə istintaq davam edir, indiyədək qruplaşmaya bağlı 4 nəfər saxlanılıb.
Mövzular: