İsrail Qəzzadakı məktəbi VURDU
İsrailin Qəzza şəhərindəki Əl-Muatasim məktəbinə endirdiyi zərbə nəticəsində iki fələstinli uşaq həlak olub, bir neçə məktəbli isə yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Yəmənin “Al Masirah” televiziya kanalı məlumat yayıb.
Bu məktəbdə məcburi köçkünlərin sığınacaq tapdığı bildirilir.
Bundan əlavə, kanalın məlumatına görə, Qəzzanın cənub-qərbində yaşayış evinə atəş açılması nəticəsində səkkiz nəfər öldürülüb. İsrail Hərbi Hava Qüvvələri həmçinin Qəzza İslam Universitetinin yanında yerləşən məcburi köçkünlərin çadır düşərgəsinə zərbə endirib ki, bu da altı nəfərin yaralanmasına səbəb olub.
Mövzular: