Reklam resmi
Reklam resmi

Taliban tərəfindən saxlanılan britaniyalı cütlük səkkiz ay sonra azad edilib

Taliban tərəfindən saxlanılan britaniyalı cütlük səkkiz ay sonra azad edilib
Dünya

Əfqanıstanda Taliban tərəfindən təxminən səkkiz ay həbsdə saxlanılan britaniyalı ər-arvad — 80 yaşlı Piter Reynolds və 76 yaşlı həyat yoldaşı Barbi Reynolds azadlığa buraxılıb. Onlar 2024-cü ilin fevralın 1-də evlərinə qayıdarkən saxlanılmışdılar.

Ajans.az BBC-ə istinadən xəbər verir ki, onların sərbəst buraxılması Qətərin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsində mümkün olub. Danışıqların son mərhələsində cütlük Kabildəki mərkəzi həbsxanadan daha iri həbsxanaya köçürülmüş, daha sonra isə azad edilib.

Qətər rəsmiləri cütlüyün yaxın günlərdə tibbi müayinədən keçmək üçün Qətərə gətiriləcəyini, ardınca isə Böyük Britaniyaya qayıdacağını bildiriblər. Qeyd olunur ki, cütlük Əfqanıstanın Bamiyan vilayətində uzunmüddətli yaşayış yerinə malik olub və ölkədə 20 ilə yaxın müddət ərzində yaşayıb.

Onların azadlığı ailələrinin aylarla davam edən ictimai kampaniyası və diplomatik səylərinin nəticəsində baş tutub.

Bundan cəmi altı gün əvvəl eyni həbsxanada saxlanılan və daha sonra azad edilən amerikalı qadın Faye Hall BBC-yə verdiyi müsahibədə bildirib ki, saxlanılan britaniyalı cütlüyün səhhəti sürətlə pisləşirdi:

“Onlar orada sözün əsl mənasında ölürdülər. Vaxt artıq tükənirdi”, – deyə Hall vurğulayıb.

Britaniya hökuməti hadisə ilə bağlı rəsmi açıqlama verməsə də, diplomatik mənbələr cütlüyün sağlamlıq vəziyyətinin yaxından izlənildiyini bildirirlər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Taliban Britaniya

Digər Xəbərlər