Reklam resmi
Reklam resmi

Kamçatka sahillərində güclü ZƏLZƏLƏ OLDU

Kamçatka sahillərində güclü ZƏLZƏLƏ OLDU
Dünya

Rusiyanın Kamçatka diyarının sahillərində 7.7 bal gücündə zəlzələ qeydə alınıb.

Ajans.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 125 km şimal-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib.

Kamçatka diyarının qubernatoru Vladimir Solodov zəlzələ səbəbindən sunami təhlükəsi elan edib.

Mövzular:
zəlzələ bal güc Kamçatka Rusiya

Digər Xəbərlər