Reklam resmi
Reklam resmi

Tramp ABŞ milli parkından sonuncu qulun fotosunun çıxarılmasını əmr edib

Tramp ABŞ milli parkından sonuncu qulun fotosunun çıxarılmasını əmr edib
Dünya

ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyası, ölkənin bir sıra milli parklarında köləliklə bağlı məlumatların və eksponatların çıxarılması barədə göstəriş verib.

Ajans.az xəbər verir ki,bu barədə “The Washington Post” anonim mənbələrə istinadla məlumat yayıb.

Xüsusilə, Tramp administrasiyası tərəfindən “tarixi amerikalıları alçaldan dağıdıcı ideologiyanın simvolu” kimi qiymətləndirilən “sonuncu qulun fotoşəklinin” bir milli parkdan yığışdırılması əmr edilib.

Söhbət 1863-cü ildə çəkilmiş və “The Battered Back” (Qamçı izləri ilə kürək) adı ilə tanınan məşhur fotodan gedir. Şəkildə Luiziana plantasiyasından qaçmış Peter adlı afroamerikalı kişi təsvir olunub. Onun qamçı izləri ilə örtülmüş kürəyi köləlik dövrünün ən sarsıdıcı vizual sübutlarından biri sayılır. Bu fotoşəkil vaxtilə qullara qarşı qəddarlığın sənədli sübutu kimi bütün ABŞ-da geniş yayılmışdı.

Hazırda sözügedən şəkilin hansı milli parkdan çıxarılacağı rəsmi olaraq açıqlanmayıb. Lakin “The Washington Post” yazır ki, bu addım Trampın köləlik, irqçilik, gender, LGBT hüquqları və yerli xalqların hüquqları ilə bağlı ekspozisiyalara qarşı sərəncamından təsirlənən bir neçə milli parka şamil edilib.

Vəziyyətlə tanış olan mənbələrdən biri bildirib ki, Qərbi Virciniyadakı Harpers Ferry Milli Tarix Parkında artıq məlumat lövhələrinin və eksponatların silinməsi prosesi başlayıb. Həmçinin ehtimal olunur ki, Filadelfiyada yerləşən Müstəqillik Milli Tarix Parkındakı binaya da dəyişikliklər ediləcək. Qeyd edək ki, bu parkda ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun 9 nəfəri əsarətdə saxladığı tarixi bina yerləşir.

Xatırladaq ki, Donald Tramp mart ayında Smithsonian İnstitutuna aid bir neçə muzey və mədəniyyət mərkəzini tənqid etmiş, Filadelfiya parkında yerləşən eksponatların “Amerikanın guya irqçi olduğu” fikrini təbliğ etdiyini bildirmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər