Çin bu dəfə Rusiyanın zirehli hərbi maşınının eynisini İSTEHSAL ETDİ
Çin konstruktorları Rusiyanın minadan mühafizə olunan KamAZ-63968 ( Tayfun-K ) zirehli hərbi texnikasının eynisini hazırlayıblar.
Ajans.az xəbər verir ki, "Tayfun-K"nın prototipi olan texnika üç oxlu, 6x6 şassisi üzərində qurulub.
Maşının arxa hissəsində hidravlik qapısı və minaya davamlı oturacaqları olan modul qoşun bölməsi var. Minanın üstündən hərəkət edərkən partlayış dalğasının təsirini azaltmaq üçün oturacaqlar damdan asılıb.
Çin "Tayfun"u sürücüyə yeri minadan tənzimləməyə imkan verən hidropnevmatik asmaya malikdir.

Mövzular: