Reklam resmi
Reklam resmi

ABŞ Green Cart lotereyası 1 dollar oldu

ABŞ Green Cart lotereyası 1 dollar oldu
Dünya

ABŞ-a immiqrasiya etmək istəyənlər üçün Yaşıl Kart (Diversity Visa - DV) lotereyasına müraciət artıq ödənişli olacaq.

Ajans.az Boundless-ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, iştirakçılardan 1 ABŞ dolları məbləğində elektron ərizə haqqı alınacaq.

Əvvəllər DV proqramına müraciət tamamilə pulsuz idi. Yeni ödəniş 16 oktyabr 2025-ci ildən etibarən — 2027-ci il üçün müraciət qəbuluna bir gün qalmış qüvvəyə minəcək.

ABŞ Dövlət Departamentinə görə, rüsumun tətbiqi DV proqramının əməliyyat xərclərinin qarşılanması, sistemin modernləşdirilməsi, təkmilləşdirilmiş məlumatların toplanması və təhlükəsizlik yoxlamalarının gücləndirilməsi məqsədi daşıyır.

Yeni tətbiq ediləcək rüsum hesabına ABŞ hökuməti illik təxminən 25 milyon dollar gəlir əldə etməyi planlaşdırır. Bundan əlavə, rüsumun saxta və çoxsaylı müraciətlərin qarşısını almağa kömək edəcəyi bildirilir.

Qeyd edək ki, bu 1 dollarlıq müraciət haqqı, lotereyanın qalibləri üçün mövcud olan 330 ABŞ dolları dəyərindəki qeydiyyat rüsumuna daxil deyil.

ABŞ hökumətinin qəbul etdiyi elektron ödəniş sistemlərinin bəzi ölkələrdə mövcud olmaması, bu ölkələrdən müraciət edən abituriyentlər üçün əlavə çətinliklər yarada bilər.

2026-cı ildən etibarən ABŞ-a qeyri-immiqrasiya vizaları üçün də qiymət artımı nəzərdə tutulur. Mövcud 185 ABŞ dolları rüsumuna əlavə olaraq, 250 dollarlıq “Viza Dürüstlük haqqı” tətbiq olunacaq. Bununla da ümumi viza haqqı 435 ABŞ dollarına (təxminən 36 100 rubl) yüksələcək.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Green Cart

Digər Xəbərlər