Mask Tesla səhmlərini milyonlarla artırdı
Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Mask sentyabrın 12-də özünə məxsus Elon Musk Revocable Trust fondu vasitəsilə Tesla-nın 2 milyondan çox səhmini əldə edib.
Ajans.az xəbər verir ki,bu barədə “İnterfaks” məlumat yayıb.
Səhm alışı 1 səhm üçün 371–396 dollar aralığında həyata keçirilib. Hazırda Maskın ümumi Tesla səhmlərinin sayı 413 milyona çatıb.
Maskın səhm alışından sonra Tesla səhmlərinin bazar dəyəri artmağa davam edir. Belə ki, cümə günü səhmlər 7,4%, sentyabrın 15-də isə əlavə olaraq 6% bahalaşıb.
Mövzular: