Reklam resmi
Reklam resmi

Ukraynada xatirə abidəsini ziyarət edən Şahzadə Harri emosional anlar yaşadı

Ukraynada xatirə abidəsini ziyarət edən Şahzadə Harri emosional anlar yaşadı
Dünya

Britaniya kral ailəsinin üzvü Şahzadə Harri Ukraynaya əvvəlcədən elan olunmamış səfəri zamanı paytaxt Kiyevdə müvəqqəti xatirə abidəsini ziyarət edib.

Ajans.az xəbər verir ki,Rusiya ilə davam edən müharibədə həlak olan və yaralanan hərbçilərin şərəfinə ucaldılmış abidənin qarşısında Şahzadənin emosional anlar yaşadığı bildirilir.

Şahzadə abidənin önünə gül dəstəsi qoyaraq şəhidlərin xatirəsinə ehtiramını ifadə edib. Yayılan görüntülərdə onun dərin kədərlə susaraq bir neçə dəqiqəlik səssiz dayandığı və göz yaşlarını saxlamaqda çətinlik çəkdiyi müşahidə olunub.

Səfər zamanı Harri bir neçə tibb müəssisəsini də ziyarət edib, burada müalicə alan yaralı hərbçilərlə görüşərək onların vəziyyəti ilə yaxından tanış olub. Görüşlərdə o, Ukrayna xalqının və xüsusilə döyüş bölgəsində xidmət edən hərbçilərin fədakarlığını yüksək qiymətləndirib.

@nbcnews #PrinceHarry visits a makeshift memorial during a surprise trip to #Kyiv, #Ukraine ♬ original sound - nbcnews

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Şahzadə Harri

Digər Xəbərlər