Məhşur caz ifaçısı vəfat edib
Braziliya cazının və eksperimental musiqisinin canlı əfsanəsi hesab olunan bəstəkar, multi-instrumentalist Hermeto Pascoal 89 yaşında vəfat edib.
Ajans.az xəbər verir ki,onun ölüm xəbərini ailəsi şənbə günü rəsmi “Instagram” səhifəsində elan edib.
Verilən açıqlamada qeyd olunur ki, Pascoal dünyasını ailəsi və yaxın musiqi yoldaşlarının əhatəsində dəyişib. Onun ölüm səbəbi ilə bağlı əlavə təfərrüat verilməyib.
Özünü öyrədən, musiqiyə dərin ehtirasla yanaşan Hermeto Pascoal uşaqlıqda yoxsulluq içində böyüməsinə baxmayaraq, beynəlxalq şöhrət qazanıb. Caz əfsanəsi Miles Davis onu “planetin ən vacib musiqiçisi” adlandırmışdı.
Mövzular: