Reklam resmi
Reklam resmi

Kirkin abidəsini təhqir etdiyi üçün SAXLANILDI

Kirkin abidəsini təhqir etdiyi üçün SAXLANILDI
Dünya

Arizona ştatının Feniks polisi bu həftə Yuta ştatında güllələnərək öldürülən sağçı fəal Çarli Kirkə məxsus müvəqqəti abidəni dağıtmağa cəhd edən 19 yaşlı Rayder Korralı həbs edib.

Ajans.az xəbər verir ki, bu barədə yerli “ABC” telekanalı məlumat yayıb.

Saxlanılan şəxs Kirkin təsis etdiyi “Turning Point” təşkilatının qərargahının yaxınlığında yerləşən memorialı dağıtmağa cəhd edib.

Korral hadisə yerinə yaxın olan şəxslər tərəfindən tutulub və daha sonra hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qanunu pozan şəxsi çoxsaylı ittihamlar gözləyir.

Mövzular:
Çarli Kirk abidə korlamaq siyasi fəal

Digər Xəbərlər