Ərdoğanın baş müşaviri VƏFAT ETDİ
Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri, dövlət xadimi Həmdi Kılıç uzun sürən xəstəlikdən sonra Ankarada vəfat edib.
Ajans.az xəbər verir ki,ailəsinin verdiyi məlumata görə, mərhumun cənazəsi bu gün qılınacaq cənazə namazından sonra Ankaranın Gölbaşı qəbiristanlığında torpağa tapşırılacaq. Həmdi Kılıç evli idi və üç övlad atası idi.
Kılıç uzun illər boyunca Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışmış, sadiqliyi, təvazökarlığı və siyasi uzaqgörənliyi ilə tanınmışdı. O, həm partiya, həm də dövlət səviyyəsində müxtəlif sahələrdə mühüm töhfələr vermişdi.
Mövzular: