Ajans.az xəbər verir ki, bu barədə İsveç XİN-in mətbuat xidməti məlumat yayıb.

“Bu gün İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini çağırıb. Bu addım sentyabrın 10-da baş verən Rusiyanın Polşa hava məkanını pozmasına etiraz olaraq atılıb”, – rəsmi açıqlamada bildirilib.

Xatırladaq ki, sentyabrın 10-u səhər saatlarında Polşa Ordusunun Əməliyyat Komandanlığı ölkənin hava məkanını pozan bir neçə PUA-nı məhv edib.