Reklam resmi
Reklam resmi

Çarli Kirkin qətli ilə bağlı rəqibinin reaksiyası sosial şəbəkələrdə viral olub

Çarli Kirkin qətli ilə bağlı rəqibinin reaksiyası sosial şəbəkələrdə viral olub
Dünya

ABŞ-da mühafizəkar siyasi fəal Çarli Kirkə qarşı edilən sui-qəsd cəhdindən sonra onun tez-tez debatlarda qarşı tərəf kimi çıxış edən liberal şərhçi Din Uizersin reaksiyası sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub.

Ajans.az xəbər verir ki,21 yaşlı siyasi analitik və canlı yayımçı Din Uizers TikTok və YouTube platformalarında mühafizəkar fiqurlarla etdiyi debatlarla tanınır. O, Kirkə qarşı törədilən zorakılıq aktına münasibət bildirərək, silah zorakılığını qətiyyətlə pisləyib:

“Silah zorakılığı – kimə qarşı yönəlməsindən asılı olmayaraq – həmişə iyrənc, həmişə alçaq və həmişə qəbuledilməzdir,” – deyə o, bəyan edib.

Uizers, çıxışının sonunda Çarli Kirkin ailəsinə və Utah Valley Universitetində baş verən hadisənin şahidlərinə başsağlığı verərək “fikirlərim və dualarım onlarla birlikdədir ifadəsini işlədib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çarli Kirk ABŞ Din Uizers

Digər Xəbərlər