Reklam resmi
Reklam resmi

Nepalın keçmiş baş nazirinin həyat yoldaşı sağdır

Nepalın keçmiş baş nazirinin həyat yoldaşı sağdır
Dünya

Nepalın keçmiş baş naziri Jala Nath Khanalın həyat yoldaşı Rajya Lakshmi Chitrakar sağdır və hazırda xəstəxanada müalicə alır.

Ajans.az xəbər verir ki,bu barədə yerli “Khabarhub” xəbər portalı məlumat yayıb.

Məlumata görə, Chitrakar hazırda Kirtipur Yanıq Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Xəstəxananın direktoru Kiran Nakarmi onun vəziyyətinin kritik olduğunu bildirib.

Ev yandırılıb, ağır xəsarətlər alıb

İlkin məlumatlara əsasən, etirazçılar keçmiş baş nazirin evini yandırdıqdan sonra Chitrakar evin içində yanğının mərkəzində qalıb və ağır dərəcəli yanıq xəsarətləri alıb. Hadisədən sonra o, təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Bəzi yerli media orqanları daha əvvəl onun yanıq nəticəsində həyatını itirdiyini bildirsə də, bu məlumat rəsmi olaraq təkzib olunub.

Hadisənin səbəbləri və etiraz aksiyasının təfərrüatları barədə araşdırmalar davam etdirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Nepal etirazlar

Digər Xəbərlər