Reklam resmi
Reklam resmi

Məşhur müğənninin avtomobilində parçalanmış cəsəd tapılıb

Məşhur müğənninin avtomobilində parçalanmış cəsəd tapılıb
Dünya

ABŞ-da geniş rezonansa səbəb olan hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub. Milyonlarla izləyicisi olan amerikalı müğənni D4vd (əsl adı David Anthony Burke) adına qeydiyyatda olan Tesla markalı avtomobildən parçalara ayrılmış insan cəsədi tapılıb.

Ajans.az xəbər verir ki,hadisə Los-Ancelesin Hollivud bölgəsində qeydə alınıb. Şahidlərin ətrafdan gələn kəskin çürük qoxusu ilə bağlı polisə məlumat verməsindən sonra, təxminən beş gün tərk edilmiş avtomobilin baqajı yoxlanılıb. Zibil torbasına bənzər bir kisədə olan insan qalıqlarının ciddi şəkildə parçalanmış olduğu bildirilib.

Los-Anceles polisi avtomobilin Texas ştatına məxsus nömrə nişanı daşıdığını və D4vd səhnə adı ilə tanınan musiqiçi David Burke tərəfindən qeydiyyata alındığını təsdiqləyib.

Müğənninin sözçüsü NBC Los Angeles kanalına verdiyi açıqlamada, D4vd-nin məlumatlandırıldığını və rəsmi istintaqla tam əməkdaşlıq etdiyini bildirib. Onun hal-hazırda dünya turnesi çərçivəsində səfərdə olduğu və çərşənbə axşamı Minneapolisdə konsertə çıxmağa hazırlaşdığı qeyd edilib.

D4vd TikTok platformasında 3,6 milyon izləyicisi olan populyar ifaçıdır və son illərdə musiqi sahəsində böyük uğur qazanıb. Hadisə ictimaiyyətdə və sosial mediada ciddi narahatlığa səbəb olub. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırmaqda davam edir.

Hazırda cəsədin kimliyi və ölüm səbəbi müəyyənləşdirilməkdədir. Hadisə ilə bağlı rəsmi ittiham irəli sürülməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ müğənni D4vd

Digər Xəbərlər