Reklam resmi
Reklam resmi

14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi

14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Hadisə

Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.

Ajans.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.

Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət ediliblər. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası S.Fərzalıyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.

O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə həri məclisinin olduğunu deyib.

İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib.

Mövzular:
Sabirabad rayonu erkən nikah

Digər Xəbərlər